Sərnişin və yük daşımalarında icazənin alınması ilə bağlı YENİLİK

Hazırda oxunan: Sərnişin və yük daşımalarında icazənin alınması ilə bağlı YENİLİK

597430

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlərin (məlumatların) siyahısı genişləndirilib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişiklik layihəsində əks olunub.

Layihəyə görə, sürücülərdən tələb ediləcək sənədlərin siyahısına aşağıdakılar əlavə edilib:

sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, reysqabağı tibbi
müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:

avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində pese əmək qabiliyyətinin itirilmes hallarından icbari sığortalanmas təsdiq edən müvafiq icbari sığortası bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin