“Velayət-e Fəqihə (teokratik idarəçilik) və siyasi islama qarşı çıxan sadiq şiələrə mesajım budur:
əgər siz öz inancınızı əziz tutursunuzsa və gələcəkdə İranda dini ayinlərinizi sülh şəraitində, siyasətdən kənar və fərdi şəkildə yerinə yetirmək istəyirsinizsə, bu qeyri-qanuni rejimə və onun cinayətkar liderlərinə qarşı mübarizənin ön sıralarında yer alın”.
Bizim.Media xəbər verir ki, bunu İranın vəliəhd şahzadəsi Rza Pəhləvi xalqa müraciətində bildirib.
“Dövrümüzün yalançı peyğəmbərindən azad olaraq dininizi və imanınızı geri qaytarın. İslam Respublikasının və terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun cinayətlərinin sizin dininizin adı ilə yazılmasına imkan verməyin”, – İranın vəliəhd şahzadəsi Rza Pəhləvinin müraciətində deyilir.
O, “bu müqəddəs mübarizəyə” sünniləri və digər dinlərin, məzhəblərin və inancların davamçılarını da qoşulmağa çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:24 / 20.02.2026
Rza Pəhləvi dini məzhəbləri İran rejiminə qarşı mübarizəyə qoşulmağa ÇAĞIRDI
Hazırda oxunan: Rza Pəhləvi dini məzhəbləri İran rejiminə qarşı mübarizəyə qoşulmağa ÇAĞIRDI
Hazırda oxunan: Rza Pəhləvi dini məzhəbləri İran rejiminə qarşı mübarizəyə qoşulmağa ÇAĞIRDI
597425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































