Birinci Qarabağ müharibəsinin itkin şəhidi Nofəl Əsgərov dəfn olundu – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi Nofəl Əsgərov dəfn olundu – FOTO

597406

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Əsgərov Nofəl Cahangir oğlunun nəşinin qalıqları böyüyüb boya başa çatdığı Gəncə şəhərində dəfn olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gəncə şəhər Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, şəhidin qohumları və yaxınları iştirak ediblər.

Vida mərasimindən sonra Nofəl Əsgərovun nəşinin qalıqları torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Mərasim iştirakçıları şəhidin ruhuna dualar oxuyub, məzarının üzərinə əklil, gül dəstələri düzüblər. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin qızına təqdim edilib.
 

Əsgərov Nofəl Cahangir oğlu 10 sentyabr 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 5-ci sinfə qədər Borsunlu kənd orta məktəbində oxuyan Nofəl sonradan ailəsi ilə birlikdə Gəncə şəhərinə köçdüklərinə görə Gəncə şəhəri 37 saylı orta məktəbdə təhsilini davam etdirib.


Nofəl Əsgərov 1989-cu ildə ailə qurub, 2 qız övladı dünyaya gəlib. Əsgərov Nofəl Cahangir oğlu 15 iyun 1992-ci ildə Sırxavənd döyüşlərində 200 nəfərə yaxın əsgəri mühasirədən azad etdikdən sonra erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Lakin sonradan onun nəşi tapılmadığından 34 ildir itkin düşmüş hərbçilərin sıyahısında olub.

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 şəhid arasında Nofəl Əsgərovun da nəşi olub.






















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin