Şəhid Yolçu Məmmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO

Hazırda oxunan: Şəhid Yolçu Məmmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO

597372

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Yolçu Sarı oğlu Məmmədovun nəşinin qalıqları 34 il sonra doğulduğu Şəmkir rayonunda torpağa tapşırılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhid Yolçu Məmmədovun nəşinin qalıqları bu gün doğulduğu Seyfəli kəndinə gətirilərək ailəsinə təhvil verilib. 

Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmalarının iştirakı ilə vida mərasimi keçirilib.
 

Cənazə namazı qılındıqdan sonra şəhid Yolçu Məmmədovun nəşi Seyfəli kəndindəki şəhərindəki xiyabanında dəfn olunub.


Qeyd edək ki, Yolçu Sarı oğlu Məmmədov 1966-cı ildə Şəmkir rayonun Seyfəli kəndinə anadan olub. 1992-ci ilin iyun ayında könüllü Qarabağ döyüşlərinə qatılıb. Elə həmin ilin 13 iyun tarixində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb. Şəhid Yolçu Məmmədov ailəli olub.
















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin