Paytaxtın Böyükşor ərazisində yerləşən Bakı Lokomotiv Deposunda söküntü işləri aparılır. Sözügedən depo uzun illər fəaliyyət göstərib və Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır.
Bəs, depodakı söküntü işləri nəylə bağlıdır?
Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya verilən açıqlamada söküntü ilə bağlı məlumat verilib:
“Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Böyükşorda Bakı Lokomotiv Deposunun ərazisində Texniki Servis Mərkəzi inşa olunacaq.
Texniki Servis Mərkəzinin layihələndirilməsi və tikinti işləri çərçivəsində müvafiq ərazidə bəzi obyektlərin demontajı nəzərdə tutulub. Hazırda inzibati bina və sexlərdən birinin söküntüsü işləri həyata keçirilir.
Yeni Servis Mərkəzində “Stadler” markalı dəmir yolu nəqliyyatı vasitələrinin təmiri və texniki xidmət həyata keçiriləcək”.
Surxay Atakişiyev, Bizim.Media
































































































