Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Hazırda oxunan: Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

597327

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb.

Bizim.Media xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında məhkəmə sistemində, ədalət mühakiməsində süni intellektin tətbiqi ilə bağlı proqram hazırlandığını deyib:
 

"Xüsusilə iddia ərizələri, apellyasiya, kassasiya şikayətləri məhkəməyə daxil olan zaman onların prosessual normalara uyğun tətbiqinin süni intellekt vasitəsilə yoxlanılması nəzərdə tutulur. Eyni zamanda, çox sadə işlər, əmr icraatı, icra icraatı qaydasında verilən ərizələrə və şikayətlərə süni intellekt vasitəsilə baxılacaq".


Onun sözlərinə görə, bu sahədə son məqsədlərdən biri də məhkəmə qərarlarının proqnozlaşdırılmasını təmin etməkdir:

"Beləliklə, vətəndaşlar məhkəməyə müraciət edən zaman iddiasının uyğunluq dərəcəsini qiymətləndirə biləcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin