Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

Hazırda oxunan: Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

597277

Bakı sakini Rövşən Əliyev Almaniyada işə düzəltmək adı ilə aldadıldığını iddia edir.

“Xəzər Xəbər”ə müraciət edən paytaxt sakini Rövşən Əliyev deyir ki, aylar əvvəl qardaşı vasitəsilə tanış olduğu və özünü Türkiyə vətəndaşı Aşkın Güvən Linkoln kimi təqdim edən şəxsə onu Almaniyada işə düzəltməsi üçün 20 min manatdan çox pul verib.

Bizim.Media xəbər verir ki, Rövşən Əliyev deyib ki, "hər şey həll olundu" dedikdən sonra sözügedən şəxsin yenə pul tələb etməsi onun şübhələndirib. Aldadıldığını da bundan sonra anlayıb.
 

Məsələ ilə bağlı əvvəlcə adı dələduzluqda hallanan Aşkın Güvən Linkoln adlı şəxslə əlaqə yaratmağa çalışdıq. Ünvanı da bilinməyən bu şəxsin mobil nömrəsinə zəng çatmadı. Daha sonra Rövşən Əliyevin qardaşı Rafiz Ramizli ilə də əlaqə saxladıq. O bildirdi ki, həmin şəxs tərəfindən özü də aldadılıb. Ondan da İngiltərədə işə düzəltmək adı ilə 10 min manata yaxın pul alıb. Onu da qeyd etdi ki, həmin şəxs artıq ölkəni tərk edib.


DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə “Xəzər Xəbər”ə bildirdi ki, vətəndaşın xaricdə işə düzəltmək adı ilə aldadılaraq pul vəsaitinin ələ keçirilməsi barədə polisə müraciəti daxil olub.

Müraciətlə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis şöbəsində təhqiqat araşdırmaları aparılır. Toplanmış materiallar əsasında dələduzluq faktına hüquqi qiymət verilməsi istiqamətində prosessual tədbirlər davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin