Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

597272

Kiberdələduzlar bir çox hallarda müxtəlif kampaniyalar adı ilə guya ucuz məhsul satışı, məhdud sayda endirim aksiyaları, xeyriyyə aksiyaları və ya sosial yardım proqramları təşkil edildiyini bildirərək istifadəçiləri saxta keçidlərə yönləndirməyə cəhd edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) məlumat yayıb.
 

Qeyd edilib ki, əksər hallarda saxta saytlar vizual olaraq rəsmi qurumların və ya tanınmış şirkətlərin internet səhifələrinə bənzədilir, domen adlarında isə kiçik dəyişikliklər edilməklə istifadəçilərin diqqətindən yayınmağa çalışırlar. Bu üsulla vətəndaşların bank kartı məlumatlarını, fərdi məlumatlarını, eləcə də istifadəçi hesablarını ələ keçirməyə cəhd göstərirlər.


Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətli olmağa, daxil olduqları internet səhifələrinin ünvanını diqqətlə yoxlamağa, kampaniya və aksiyalar barədə məlumatları yalnız rəsmi mənbələrdən yoxlamağa, şübhəli keçidlərə klik etməməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin