Gəncədə 38 yaşlı kişi bədən xəsarəti alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Elnur Katibli bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyata götürülüb, müalicəsi davam etdirilir. Yaralının 44 günlük Vətən müharibəsi qazisi olduğu bildirilir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Onun kim tərəfindən və hansı şəraitdə vurulduğu hələlik bilinmir.
Faktla bağlı bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



























































































