Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Hazırda oxunan: Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

597251

Abşeron Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyindən sonra bir neçə vəzifəli şəxs işini itirib.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Abdin Fərzəliyev müvafiq əmrlər imzalayıb. Belə ki, RİH-in baş mühasibi və sektor müdiri Nigar Məmmədova vəzifəsindən azad edilib. Onun yerinə Sədi Əhmədzadə baş mühasib və İnzibati işlər sektorunun müdiri təyin olunub.
 

Bundan əlavə, Memarlıq və tikinti şöbəsinin müdiri işləmiş baş memar Elvin Quliyev də vəzifəsindən azad olunub. Həmin şöbənin yerinə yaradılmış Memarlıq-tikinti məsələləri sektoruna isə əvvəllər şöbədə məsləhətçi işləmiş Kənan Babayev müdir təyin edilib.


Eyni zamanda, RİH-in Baş mütəxəssisi Nərgiz Sədrəddinova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi işləmiş Şahlar Həsənov, İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləmiş Vüqar Bəşirov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi işləmiş Fariz Əliyev də yeni strukturda yer almayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin