Bakı Ağır Cinayətlər Məhkəməsində dollarlar TAPILDI

Hazırda oxunan: Bakı Ağır Cinayətlər Məhkəməsində dollarlar TAPILDI

597242

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zallarının birindən tapılan 2 600 ABŞ dolları sahibinə qaytarılıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
 

Bu barədə vətəndaş özü məlumat verib. Məhkəmədə iş prosesi bitdikdən sonra zalla baxış keçirən mühafizə polisi əməkdaşları itmiş pulqabı aşkar ediblər. Təhlükəsizlik kameralarına baxış keçirilərkən pulqabısını zalda unudan şəxsin kimliyi müəyyən olunub.


Pulun tapılmasında iştirak edən polis əməkdaşları - Elgün Daşdəmirov, Şakir Novruzov və Həsən Məmmədov tərəfindən həmin vətəndaşla əlaqə saxlanılıb, içərisində 2600 ABŞ dolları olan cüzdanı sahibinə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin