"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bizim.Media xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan N.Vəliyeva 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Onun şübhəli şəxs qismində saxlandığı üm gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
İş materiallarından məlum olur ki, N.Vəliyeva başqa bir neçə nəfərə qarşı da dələduzluq edib. O, zərərçəkmişlərin ümumilikdə 26 512 manatını dələduzluq yolu ilə ələ keçirib. N.Vəliyeva qurbanlarını əmək pensiyası, əlillik dərəcəsi düzəltmək, cadu təmizləmək və bu kimi vədlərlə aldadıb. (Qaynarinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 19.02.2026
İşə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: İşə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: İşə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU
597203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































