2012-ci ildən əvvəl orta təhsili bitirmiş şəxslər ali məktəblərə qəbul üçün qeydiyyat zamanı sənəd qəbulu komissiyalarına şəxsən müraciət etməlidirlər.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova DİM-in "Facebook" hesabında yayımlanan "Abituriyent" verilişində bildirib.
Onun sözlərinə görə, həmin şəxslər şəxsiyyət vəsiqəsi və attestatlarını komissiyalara təqdim etməlidirlər.
Nigar Hüseynova bildirib ki, 2012-ci ildən əvvəl orta təhsil haqqında məlumatlar DİM-in elektron məlumat bazasında mövcud olmadığı üçün həmin şəxslər komissiyalara müraciət etmədən onlayn qeydiyyatdan keçə bilməzlər:
"2012-ci ildən sonrakı dövrə aid orta təhsil sənədləri isə məlumat bazasında yer alır. Oğlan abituriyentlər hərbi xidmətlə bağlı möhlət hüququ olmadıqda onlayn qeydiyyatdan keçə bilməyəcəklər".
O həmçinin qeyd edib ki, orta məktəbi xaricdə bitirmiş abituriyentlər də qeydiyyat prosesini onlayn şəkildə tamamlaya bilməzlər:
"Onlar sənəd qəbulu komissiyalarına yaxınlaşmalı, təhsil sənədlərini Azərbaycan dilinə notarial qaydada tərcümə və təsdiq etdirməlidirlər. Hazırda xaricdə orta məktəbin sonuncu sinfində oxuyan abituriyentlər isə birinci yarımil üzrə qiymətlərini və sonuncu kursda təhsil aldıqlarına dair arayış təqdim etməlidirlər".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:05 / 19.02.2026
Bu abituriyentlər sənəd qəbulu komissiyasına getməlidir - DİM AÇIQLADI
Hazırda oxunan: Bu abituriyentlər sənəd qəbulu komissiyasına getməlidir - DİM AÇIQLADI
Hazırda oxunan: Bu abituriyentlər sənəd qəbulu komissiyasına getməlidir - DİM AÇIQLADI
597171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































