19 dövlət orqanında 45 vakant vəzifə ümumi müsahibəyə ÇIXARILDI

Hazırda oxunan: 19 dövlət orqanında 45 vakant vəzifə ümumi müsahibəyə ÇIXARILDI

597169

Yanvarın 29-da elan olunan daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 19 dövlət orqanında mövcud olan 45 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Bu vəzifələr üzrə 67 namizədlərlə 74 müsahibənin keçirilməsi planlaşdırılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, ən yüksək müsahibə Elm və Təhsil Nazirliyi, Nazirliyin Aparatı, Məktəbəqədər və ümumi təhsil şöbəsi, Təlim və inkişaf sektoru, sektor müdiri (1 vakant yer üzrə 8 namizəd) vəzifəsi üzrə qeydə alınıb.

Müsahibələrin fevralın 25-dən martın 18-dək keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə çatdırılır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Buna görə namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.


Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin