Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Şahbuz, Gədəbəy, Zaqatalada yağış, Daşkəsən və Şahdağda isə arabir qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Zəngilan və Daşkəsəndə 23, Lerikdə 22, Şahdağda 21, Mingəçevir və Göygöldə 20, Xaltan və Zaqatalada 18, Gədəbəydə 17, Yardımlı və Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənir.
Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Ağdam, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:34 / 19.02.2026
FAKTİKİ HAVA: Daşkəsən və Şahdağa qar yağır
Hazırda oxunan: FAKTİKİ HAVA: Daşkəsən və Şahdağa qar yağır
Hazırda oxunan: FAKTİKİ HAVA: Daşkəsən və Şahdağa qar yağır
597167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































