İnternetinizdə zəifləmə var? – SƏBƏBİ bəlli oldu

Hazırda oxunan: İnternetinizdə zəifləmə var? – SƏBƏBİ bəlli oldu

597165

Son günlər Bakı və ətraf qəsəbələrdə internet sürətinin zəifləməsi ilə bağlı istifadəçilər arasında narazılıq yaranıb. Sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılan şikayətlər göstərir ki, problem tək-tək abonentlərlə məhdudlaşmır. Əsasən gecə saatlarında gecikmələr və zəif sürət müşahidə olunur.

Bu problem ayrı-ayrı provayderlərin texniki nasazlığından qaynaqlanıb, yoxsa daha geniş ümumi şəbəkə infrastrukturu ilə bağlıdır?

Məsələ ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya bildirib ki, əksinə son aylara aid hesabatlara görə Azərbaycanda sabit genişzolaqlı və mobil internet sürəti ümumilikdə artıb:

"Onlayn Azərbaycan" layihəsinin miqyasını nəzərə alsaq, ölkə üzrə genişzolaqlı fiber-optik (GPON) şəbəkəsinin qurulması texniki baxımdan fundamental infrastrukturu tamamilə yenilənib. Bu layihə sayəsində magistral xətlər və mərkəzi stansiyalar artıq yüksək sürətli data ötürülməsinə tam hazırdır, bu da o deməkdir ki, yaşanan ləngimələr artıq sistemin ümumi nasazlığından deyil, daha çox "son mil" (last mile) adlanan fərdi nöqtələrdəki texniki problemlərdən qaynaqlanır.

İstifadəçilərin qarşılaşdığı sürət azalması çox vaxt mənzil daxili köhnə kabel bağlantıları, modemlərin texniki göstəricilərinin ayrılan sürətə cavab verməməsi və ya Wi-Fi siqnalının paylanması zamanı yaranan maneələrlə birbaşa bağlıdır”.

Qeyd edək ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan "Ookla"nın yanvar ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində artaraq orta hesabla 89.88 Mbit/s-ə çatıb. Bu, illik sürətin 34% artımı deməkdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin