Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Hazırda oxunan: Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

597143

Sabah saat 14:00-dan etibarən Zərdab şəhərində 3 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Zərdab QPS dən qidalanan müxtəlif diametirli (114 mm, 108mm, 76 mm, 57 mm) qaz xətlərinin əyilmiş dayaqlarının təmir olunması, əvəzlənməsi və yerüstü qazsızmalarının aradan qaldırılması işləri ilə əlaqədardır.

Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin