Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan 99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb. Məlumata görə, sürücü bir müddət əvvəl də avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü S.Zeynalovun nəqliyyat vasitəsini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:44 / 19.02.2026
Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO
Hazırda oxunan: Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO
Hazırda oxunan: Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO
597141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































