"Azərbaycan Hava Yolları" QSC (AZAL) işğaldan azad edilmiş ərazilərdə aeronaviqasiya xidmətinin bərpası istiqamətində daha bir mərhələni keçməyə nail olub.
Bu barədə Bizim.Media AZAL-a istinadən xəbər verir.
Məlumata görə, səhmdar cəmiyyətinin nəzdindəki "Azəraeronaviqasiya" (AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib.
Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir.
Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir.
“Çox qısa müddətdə Zəngilan aeroportu böyük nəqliyyat hava qovşağına çevriləcək. Bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Nəzərdə tutulan məqsəd çərçivəsində bu gün ICAO-nun müəyyən etdiyi standartlara uyğun olaraq hava limanında aeronaviqasiya avadanlığının tətbiqi üzrə genişmiqyaslı işlər görülür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.
AZANS-ın əldə etdiyi kodları və tezlikləri, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE və radiolokasiya kodlarının paylanmasını həyata keçirən MICA sistemləri təsdiq edib.
Onlar, həmçinin, qlobal elektron verilənlər bazasına daxil edilib.
Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə razılaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 11.02.2022
AZAL-dan Zəngilan aeroportu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: AZAL-dan Zəngilan aeroportu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: AZAL-dan Zəngilan aeroportu ilə bağlı AÇIQLAMA
59714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.