Paytaxtın Mikayıl Əliyev küçəsində su xəttində baş verən qəza nəticəsində yolun bir hissəsi suyun altında qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Operativ media məlumat yayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hadisə bu gün səhər saat 07:00-da baş verib.
“Xətai rayonu, Babək prospektindən keçən diametri 1400 mm olan içməli su xəttində qəza baş verib. Əraziyə Bakı Sukanal İdarəsinin qəza briqadası cəlb edilib. Axıntının qarşısı alınaraq xətdə təmir və bərpa işlərinə başlanılıb. Qəza nəticəsində yığılan sular tullantı su xətlərinə istiqamətləndirilib, hazırda suyun həcmi olduqca azalıb”, - qurumdan bildirilib. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:11 / 19.02.2026
Bakıda su xəttində qəza: Maşınlar suyun altında qaldı – VİDEO
Hazırda oxunan: Bakıda su xəttində qəza: Maşınlar suyun altında qaldı – VİDEO
Hazırda oxunan: Bakıda su xəttində qəza: Maşınlar suyun altında qaldı – VİDEO
597131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































