Natali Aleksanyan: “Vardanyana oxunan hökm ədalətli qərardır” – ÖZƏL

Hazırda oxunan: Natali Aleksanyan: “Vardanyana oxunan hökm ədalətli qərardır” – ÖZƏL

597108

“Xatırlatmaq lazımdır ki, Qarabağda olduğu dövrdə Vardanyana bölgəni tərk etməsi ilə bağlı dəfələrlə mesajlar çatdırılmışdı. O isə bunu etmədi və prosesi sonadək aparmağı üstün tutdu. Hazırki vəziyyət də məhz bu seçimin nəticəsidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan deyib.

Aleksanyan hesab edir ki, Azərbaycan qanunları ilə təqsirləndirilən Ruben Vardanyanın qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası olduqca düzgün qərardır: 

“Bu, onun şəxsi siyasi qərarının nəticəsidir. Buna görə məsuliyyətin niyə başqalarının üzərinə götürülməli olduğu və ya Ermənistanda bunun niyə kollektiv məsələ kimi təqdim edildiyi mübahisəlidir. Digər tərəfdən, fərz etsək ki, Vardanyan dəyişdirilir və ya Azərbaycandan Ermənistana təhvil verilir, bu halda belə Ermənistan məhkəmə sistemi baxımından onunla bağlı ciddi suallar mövcuddur. İctimaiyyətə daha əvvəl çıxarılan çoxsaylı maliyyə pozuntuları, korrupsiya iddiaları və dövlətə məxsus torpaqların qanunsuz şəkildə verilməsi kimi məsələlər geniş istintaq və məhkəmə araşdırmasına mövzu olarsa, nəticələrinin yüngül olmayacağı aydındır”.

Aleksanyan bildirib ki, Vardanyanın dırnaqarası siyasi fəaliyyəti yalnız Azərbaycanlılara deyil, ermənilərə də zərər verib:

“Hər bir halda, Vardanyan seçdiyi siyasi xəttin nəticələri ilə üz-üzə qalıb. Gələcəkdə ərazi iddiaları və separatçı layihələr üzərində qurulan siyasi yanaşmaların tamamilə geridə qalması arzuolunandır. Çünki sülh içində bir Ermənistan və sülh içində bir Azərbaycanda bu cür gündəmlərə yer olmamalıdır”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin