Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyindən sərnişinlər düşürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Metropolitenindən məlumat verilib.
Bildirilib ki, qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib. Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.
Bakı Metropoliteni yaranan narahatlığa görə, sərnişinlərdən üzr istəyir. Tezliklə əlavə məlumat veriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:14 / 19.02.2026
Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA
597103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































