Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Hazırda oxunan: Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

597094

Bir çox insan səhər yeməyində eyni səhvi edir ki, bu da sağlamlığa mənfi təsir göstərir.

Bizim.Media xəbər verir ki, diyetoloq Vansea Leon bir stəkan təzə sıxılmış portağal suyu, tam taxıl çörəyi və meyvədən ibarət səhər yeməyinin heç də inanıldığı kimi faydalı olmadığını bildirib.

Onun sözlərinə görə, belə bir yemək qan qlükozasında kəskin dalğalanmalara səbəb ola və bir müddət sonra yenidən aclıq hissi yarana bilər.

Buna görə də mütəxəssis günə pendir və yumurta ilə başlamağı məsləhət görür. Bu qidalar lif tərkibli qidalarla birləşdirilməlidir. Yalnız bundan sonra meyvə və şirniyyatlara keçə bilərsiniz.

Qeyd edək ki, Azərbaycanda əksər ailə səhər yeməyini həkimin tövsiyəsinə uyğun edir. (Axar.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin