Bu gün səhər saatlarında Bakı metrosunda gecikmə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, qatarlararası interval 8 dəqiqədən çox olub.
Gecikmə "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində olan xətdə baş verib. Nəticədə vaqonlarda və stansiyalarda sıxlıq yaranıb. "Dərnəgül" istiqamətində gedən qatar "Nəsimi" stansiyasında gözləməli olub.
Gecikmənin səbəbi məlum deyil. (Oxu.az)


Bizim.Media





























































































