Mənzildən oğurladığı 30 minlik qızılı zərgərlik mağazasına satdı – ANBAAN VİDEO

Hazırda oxunan: Mənzildən oğurladığı 30 minlik qızılı zərgərlik mağazasına satdı – ANBAAN VİDEO

597023

Yasamal rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, naməlum şəxs mənzillərdən birinə daxil olaraq oradan 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
 

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər elə həmin binadan başqa bir mənzildən oğurluq etdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyən edilərək saxlanılıb.


Onun taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin