Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Hazırda oxunan: Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

597015

2025-ci ildə Azərbaycanda ümumi sahəsi 4 milyon 629.5 min kvadrat metr olan 35390 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 75.6% və ya 15241 ədəd artıb.
 

Belə ki, 2024-cü ildə ölkədə ümumi sahəsi 2 milyon 361.6 min kvadrat metr olan 20149 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.


Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 25350 ədəd ( illik müqayisədə 2.2 dəfə çox), bina evlərinin sayı isə 10040 ədəd ( illik müqayisədə 16.4% çox) təşkil edib.

Xatırladaq ki, ötən il 2684 yerlik 5 ümumi təhsil müəssisəsi tikilib istifadəyə verilib. (Apa.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin