Kimlər sığınacağa qəbul OLUNMUR?

Hazırda oxunan: Kimlər sığınacağa qəbul OLUNMUR?

597010

Ölkəmizdə məişət zorakılığına məruz qalan şəxslər üçün müxtəlif tipli sığınacaqlar fəaliyyət göstərir. Əksəriyyətinin qadın və uşaqlardan ibarət olduğu bu sığınacaqlarda müxtəlif yaş qrupları üzrə şəxslər yerləşdirilir. Həmçinin, ölkəmizdə daha çox psixoloji zorakılıqla üzləşən kişilər üçün də sığınacaqlar mövcuddur.

Maraqlıdır, hansı hallarda sığınacaqlar ora müraciət edənləri qəbul etməyə bilər?

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələ adətən sığınacağın daxili qərarları əsasında tənzimlənir:
 

“Ümumiyyətlə hər sığınacaq hansı hədəf qrupu ilə işləyirsə, onu da qəbul etməlidir. Məsələn, biz zorakılığa məruz qalmış qadın və uşaqları qəbul edirik. Mən əllilik dərəcəsi yüksək olanı götürə bilmirəm, çünki binamız onlara uyğun deyil.


İkinci bir məsələ həyatı təhlükəsi olmayan, lakin evsiz qalanlardır. Bu kateqoriya üçün Sosial Xidmətlər Agentliyi dəstək göstərir, amma əlahiddə hallarda azyaşlı uşaqla olanda biz də yardım göstəririk.

Bundan əlavə, 12 yaşdan yuxarı oğlanları da bizim sığınacaq götürə bilmir. Digər hallarda sığınacaq zorakılığa məruz qalan şəxsləri seçmir. Yəni, bu məsələ adətən sığınacağın daxili qərarları əsasında tənzimlənir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin