Göyçayda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media, Aran bürosu

































































































