Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Hazırda oxunan: Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

597007

ADY 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Belə ki, bu marşrut üzrə ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq.
 

Sərnişinlər Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət və ya Ləki stansiyasından Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər variantını seçə bilərlər.


Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək mümkündür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin