Qusar rayonu ərazisində yerləşən "Şahdağ" turizm mərkəzi mart ayında 2 möhtəşəm beynəlxalq yarışa ev sahibliyi edəcək.
Martın 4-ü və 8-i Xizək Alpinizmi üzrə Avropa çempionatı keçiriləcək. “Moğul" üzrə Dünya Kubokunun final mərhələsi də 14 və 15 mart tarixlərində baş tutacaq.
Bizim.Media hər iki çempionatın keçiriləcəyi Şahdağ FİS stadionunda olub.
Artıq FİS stadionu ərazisində bütün infrastruktur işləri başa çatıb, yamaclarda texniki tələblərə uyğun olaraq bütün lazımi tədbirlər görülüb.
Şahdağa istirahətə gələn rusiyalı turust Erik Taibov ilk dəfə gəldiyi bu gözəl məkanda beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin olduğunu deyib:
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media, Şimal bürosu

































































































