Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

596955

2026-cı ildə bəzi banklar kredit faizlərini artırıb. Hətta bəzi bankların illik kredit faizləri 18-ə qədər yüksəlib. Hazırda banklar arasında ən yüksək faizi isə "Bank BTB" (18%) təklif edir.

Qeyd edək ki, cədvəldə verilən şərtlər (faizlər, müddət və məbləğ) bankların ümumi məlumatlarıdır. Bu şərtlər əmək haqqının məbləğindən, təminatdan, müddətdən və s. asılı olaraq dəyişə bilər.



Bəs faizlərdəki artım nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda bankların faiz dərəcələrini artırmasının əsas səbəbi ölkədə pul-kredit siyasətidir:

“Əgər Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırırsa, kommersiya bankları da kredit və depozit faizlərini yüksəldir. Bu, əsasən inflyasiyanı nəzarətdə saxlamaq və bazarda pul kütləsini tənzimləmək məqsədi daşıyır.

Digər mühüm səbəb bankların resurslarının bahalaşmasıdır. Əgər depozitlər üzrə faizlər artırsa və ya banklar xarici mənbələrdən daha yüksək faizlə vəsait cəlb edirsə, onlar kredit faizlərini də artırmalı olurlar ki, xərclərini ödəyə və mənfəət əldə edə bilsinlər”.

Müsahibimiz iqtisadi risklərin də faizlərə təsir göstərdiyini bildirib:

“Əgər biznes mühiti zəifləyirsə, problemli kreditlərin həcmi artırsa və ya gəlirlərlə bağlı qeyri-müəyyənlik yaranırsa, banklar riskləri kompensasiya etmək üçün daha yüksək faiz tətbiq edirlər.

Manatın sabitliyi, valyuta bazarındakı vəziyyət və ümumi iqtisadi gözləntilər də faiz siyasətinə təsir edir. Kreditlərə tələbat artdıqda isə banklar bazar şəraitinə uyğun olaraq faizləri yüksəldə bilirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin