“Binə” ticarət mərkəzində dava saldı – HƏBS OLUNDU

Hazırda oxunan: “Binə” ticarət mərkəzində dava saldı – HƏBS OLUNDU

596915

Paytaxtın Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media xəbər verir ki, hadisə ticarət mərkəzinin ərazisində yerləşən “Nəvələrim” kafesində baş verib.

Belə ki, bir neçə gün əvvəl səhər saatlarında kafeyə daxil olan şəxs səs-küy salaraq spirtli içki tələb edib.
 

Həmin şəxs kafe sahibinin polisə müraciət etməsindən sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun Lökbatan qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü S.Bayramov (şərti) olduğu müəyyənləşib. Spirtli içkinin sərxoşluğunda olan şəxsin qanında narkotik maddə də aşkarlanıb.


Polis tərəfindən onun barəsində inzibati protokol tərtib edilərək Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə 29 yaşlı şəxs 15 sutkalıq inzibati həbs edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin