Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

Hazırda oxunan: Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

596889

Bu gündən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

Bizim.Media xəbər verir ki, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun birinci mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları üç zona üzrə aprelin 5-də, 12-də və 26-da, tam (11 illik) orta təhsil səviyyəsi üzrə isə iki zona olmaqla martın 9-da və 15-də keçiriləcək.

Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayon üzrə müəyyən edilmiş tarixdə imtahan verəcəklər. Sumqayıt və Abşeron ərazisində yerləşən peşə liseylərinin məzunları isə martın 9-da imtahana qatılacaqlar.

Aprelin 19-da əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Mayın 17-də isə əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin