Azərbaycanda qanunsuz ovçuluğu təşviq edən sayt fəaliyyət göstərir - FOTO 

Hazırda oxunan: Azərbaycanda qanunsuz ovçuluğu təşviq edən sayt fəaliyyət göstərir - FOTO 

0:00
0:00
59687

Azərbaycanda xarici və ərəb ovçuların ölkə ərazisində ova təşviqi ilə bağlı sayt fəaliyyət göstərir. 

Bizim.Media xəbər verir ki, bu barədə Dayanıqlı Azərbaycan Naminə Milli Alyans (DANMA) məlumat yayıb. 

Qeyd olunub ki, ölkədə ovçuluqda qanunların pozulmasını açıq şəkildə təşviq edən “Azerbaijan Professional Falconry Organizer” adlı quruma məxsus //www.falconry.az/ internet saytı mövcuddur: 

“İngilis və ərəb dillərdində olan saytın ana səhifəsində qurumun əsasən şahin ovunun təşkil etdiyi və əsasən ərəb ölkələrindən olan şəxslərə Azərbaycanda ov turizmi imkanlarını təklif etdiyi bildirilir. Saytda Azərbaycanın Qırmızı Kitabına daxil olan bəzgəkin (ingiliscə “little bustard”) ovlanması açıq şəkildə təklif edilir və hətta utanmadan həmin quşun fotoları da paylaşılır”. 

“Sayt vasitəsilə xarici qonaqlara şahin ovu ilə yanaşı, digər ov növlərinin təşkil edilməsi təklif edilir. Bu isə bir daha təsdiq edir ki, ölkəmizə gələn xarici ovçuların hamısı şahinlərlə ov üçün lisenziya alır, amma gəlib burada odlu pul verib silah götürüb istədikləri şəkildə istədikləri növləri ovlayırlar. Saytda yer alan fotolara ornitoloq və digər peşəkar həmkarlarımız da nəzər saldı.

Bəzgəklə yanaşı saytda yer alan şəkillərdə saysız-hesabsız bizquyruq ördəyi, anqut, Fitçi ördəyi, enlidimdik, Marek ördəyi, yaşılbaş, qaşqaldaq, boz qaz və kəklik görmək olar ki, bunlar Qırmızı Kitaba daxil olmasa da, ovlanmış quşların sayının icazə verilən ov limitindən olduqca çox olması şübhə doğurmur. 
Məsələ artıq ölkəyə gələn turistləri cərimələməkdə deyil, buna şərait yaradan yerli şirkətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir. 

Təbiətsevər olaraq, Azərbaycanda sistemli şəkildə bu işlə məşğul olan qurumlara nəzarətin gücləndirilməsini, Azərbaycanın biomüxtəliliyinə qarşı qətliam törədilməsini təşviq edən şirkətə qarşı tədbirlərin görülməsini və qorunan quş növünün ovlanmasını aşkar şəkildə təklif edən falconry.az saytının bağlanmasını tələb edirik” - DANMA-nın açıqlamasında bildirilib. 

Bizim.Media












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin