Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Hazırda oxunan: Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

596862

ABŞ alimləri kirpik qaynağanın gözlər üçün mənfi riskləri barədə xəbərdarlıq ediblər

Bizim.Media xəbər verir ki, ABŞ-ın Corciya Texnologiya İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, kirpik qaynağı gözün təbii qoruyucu baryerini poza və onu xarici təsirlərə qarşı daha həssas edə bilər. Bu barədə Mirror portalı məlumat yayıb.

Alimlər qeyd edirlər ki, kirpiklərin təbii uzunluğu — təxminən gözün eninin üçdə biri, tozdan, xırda hissəciklərdən və həşəratlardan qorunmaq üçün optimaldır.
 

Süni şəkildə kirpiklərin uzadılması bu tarazlığı pozur, nəticədə yad cisimlərin göz səthinə düşmə riski və sağlamlıqla bağlı mümkün fəsadlar artır.


Mütəxəssislər estetik cəlbediciliyinə baxmayaraq, kirpik uzatma prosedurundan əvvəl bu risklərin nəzərə alınmasını tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin