Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirdiyi qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkə birinciləri olublar.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və Proseslərin avtomatlaşdırılması ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev imtahanda 91 bal toplayıblar.
Elvina Əliyeva ali məktəblərin bakalavr pilləsinə qəbul zamanı 689,6 bal toplayaraq Prezident təqaüdçüsü olub, Zahid Abdullayev isə bakalavr pilləsinə qəbul zamanı 671,2 bal toplayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:45 / 17.02.2026
Ən yüksək balı onlar TOPLADI
Hazırda oxunan: Ən yüksək balı onlar TOPLADI
Hazırda oxunan: Ən yüksək balı onlar TOPLADI
596858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































