Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Hazırda oxunan: Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

596828

Son aylarda bir çox sahələrdə qiymət artımı müşahidə olunur. Xüsusilə ərzaq məhsullarının bahalaşması əhalinin gündəlik xərclərinə birbaşa təsir edir. İlin əvvəlindən etibarən bazarlarda əsas istehlak mallarının qiymətində artım tendensiyası daha qabarıq şəkildə hiss olunur.

Bununla yanaşı, cəmiyyətdə dərman vasitələrinin də bahalaşa biləcəyi ilə bağlı narahatlıqlar artır. Artıq bəzi apteklərdə müəyyən preparatların qiymətində dəyişikliklər qeydə alındığı bildirilir.

İddialara görə, onkoloji xəstəliklərin müalicəsində istifadə olunan bəzi dərmanların qiymətində artım müşahidə olunur. Bu isə xərçəng xəstələri və onların ailələri üçün əlavə maliyyə çətinlikləri yarada bilər. Belə dərmanlar adətən uzunmüddətli və davamlı istifadə tələb etdiyindən, qiymət dəyişikliyi birbaşa müalicə prosesinə təsir göstərir.

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, bioloji aktiv maddələr olan dərmanlarda qiymət artımı ola bilər:

“Müəyyən dərman preparatları var ki, onlar əvvəl də bahalaşmışdı, yenə bahalaşacaq. Bu gün arterial təzyiqlə bağlı dərmanların bahalaşmasına toxunulmur, onlar ucuz qiymətdə qalır. Sinirlə bağlı olan, həmçinin, psixatrop dərmanların qiyməti də çox artmır.

Ən çox qiymət artımı isə bioloji aktiv maddələr olan dərmanlarda görülür. Hətta bu dərmanların qiymətləri tez-tez artır. Oynaq sistemi ilə bağlı dərmanların, həzm sistemi ilə bağlı dərmanların qiymətləri də tez-tez bahalaşır. Ağrıkəsici dərmanların qiymətləri isə adətən tez-tez dəyişmir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin