Uşağını peyvənd etdirmək istəməyən valideynlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Uşağını peyvənd etdirmək istəməyən valideynlərə XƏBƏRDARLIQ

596818

Peyvənd vaksininə münasibət birmənalı deyil. Bir çox insanlar uşaqlarını peyvənd etdirməkdən çəkinirlər. Bunu da müxtəlif versiyalarla izah edirlər.

Nəzərə alaq ki, sovetlər dönəmində peyvənd məcburi idi. Lakin müstəqillik dövründə bu məcburiyyət aradan qalxdı. İndi könüllüdür. Kim istəyirsə, uşağını peyvənd etdirir.

Təəssüflər olsun ki, bu tendensiya fonunda uşaqlar arasında yoluxucu xəstəliklər çoxalır...

Mövzu ilə bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyir ki, yoluxucu xəstəliklərdən uşaqları qorumağın yeganə yolu peyvənddir:

“Başqa yol yoxdur. Peyvənd əleyhidarlarından kimsə, nəsə bilirsə, desinlər, biz də öyrənək. Unutmayaq ki, peyvəndin icadı tibb tarixində bir inqilab idi. Bu peyvəndlər bu günədək milyonlarla insanı ölümdən xilas edib. Bir vaxtları irad bildirirdilər ki, “peyvənd vaksinləri Hindistan istehsalıdır, aşağı keyfiyyətdədir”. Baxmayaraq ki, bu iddiaların sübutu ilə bağlı ortaya bu günədək bir fakt qoyulmayıb. İndi dövlət poliklinikalarındakı vaksinlər Hindistan istehsalı deyil, Avropadan gətirilir. Ona görə də hər kim uşağını ölümcül xəstəliklərdən xilas etmək istəyirsə, getsin peyvən etdirsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin