Azərbaycan Serbiyanın enerji problemini necə həll etdi? - Aleksandar Miticdən EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan Serbiyanın enerji problemini necə həll etdi? - Aleksandar Miticdən EKSKLÜZİV AÇIQLAMA

596816

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində bir sıra mühüm razılaşmalar əldə olunub. Görüşlər zamanı siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi əsas müzakirə mövzuları olub.

Tərəflər strateji tərəfdaşlıq xəttinin davam etdirilməsində maraqlı olduqlarını bəyan ediblər. Xüsusilə enerji təchizatı, infrastruktur layihələri və qarşılıqlı investisiya imkanları diqqət mərkəzində yer alıb. Səfər Bakı ilə Belqrad arasında münasibətlərin yeni mərhələyə keçdiyi mesajını verib.

Eyni zamanda regional sabitlik və qarşılıqlı dəstək məsələləri də gündəmə gətirilib.

Azərbaycan liderinin Serbiya səfərini, əldə edilən razılaşmaları Bizim.Media-ya şərh edən Belqraddakı Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunda baş elmi işçisi, analitik Aleksandar Mitic bildirib ki, Azərbaycan Serbiyanın enerji sahəsində üzləşdiyi çətinlikləri minimuma endirib:

“Deyə biləcəyim odur ki, Prezident İlham Əliyevin səfəri bir daha göstərdi ki, Azərbaycan Serbiya üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Bu, Serbiyanın Rusiya enerji mənbələri, onun NIS neft şirkəti, eləcə də getdikcə daha çox qaz məsələsi ilə bağlı üzləşdiyi təzyiq nəzərə alınmaqla xüsusilə vacib səfər idi”.

Mitic qeyd edib ki, iki ölkənin ərazi bütövlüyünə xüsusi hörməti də, ikili münasibətləri daha yüksək həddə çatdırıb:

“Azərbaycan Serbiyanın enerji şaxələndirilməsinin çox vacib bir hissəsidir. O, həmçinin Kosovo məsələsində Serbiyanın ərazi bütövlüyünün müdafiəsi üçün çox vacib tərəfdaşdır. İki prezident arasındakı işgüzar münasibətlər böyük güc nümayiş etdirir. Rəsmi Bakı ilə münasibətlər Belqradın son on ildə sahib olduğu ən etibarlı münasibətlərdən biridir”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin