Beyləqan Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Eldəniz Əliyev RİH-in Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub.
Qeyd edək ki, Eldəniz Əliyev Əziz Əzizovun yaxın kadrı kimi tanınır. O, əvvəllər Əziz Əzizovun Suraxanı RİH-in başçısı olduğu dövrdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, sonra isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 20 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır. (İqtisadiyyat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 17.02.2026
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
Hazırda oxunan: Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
Hazırda oxunan: Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
596804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































