Bakıda qızını hədələyən ata SAXLANILDI

Hazırda oxunan: Bakıda qızını hədələyən ata SAXLANILDI

596802

Bakıda həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsuliyyətə cəlb olunub.

Bizim.Media xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ailə üzvlərinə qarşı zorakılıq hərəkətləri törətməkdə şübhəli bilinən 41 yaşlı Asif Abbasov müəyyən olunub.

O, saxlanılaraq inzibati qaydada həbs edilib. Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, fevralın 10-u Bakı şəhəri, Sabunçu rayonunda atanın qız övladını cinsi zorakılıqla hədələdiyi iddia olunub. Sözügedən iddia ilə bağlı ana "Qadın Dəstək Xətti"nə zəng edərək müraciət edib.

Ana bildirib ki, özü və üç azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı olaraq məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin