Bakıda kişi Sevgililər günündə keçmiş arvadının yeni ərini BIÇAQLAYIB

Hazırda oxunan: Bakıda kişi Sevgililər günündə keçmiş arvadının yeni ərini BIÇAQLAYIB

596799

Bakıda boşandığı həyat yoldaşının yeni ailə qurduğu şəxsi bıçaqlayan 1981-ci il təvəllüdlü Rövşən Həmidova (soyadlar şərtidir) hökm oxunub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Rövşən bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Onların oğul övladı ata ilə, qız övladı isə ana ilə qalıb. Daha sonra qadın Cəlal adlı şəxslə ailə həyatı qurub və övladı ilə birgə onun yanında yaşayıb.

Ötən ilin 14 fevral tarixində isə Rövşən qızını görmək və keçmiş həyat yoldaşı ilə barışmaq niyyəti ilə onların yaşadığı məhəlləyə gedib.

Rövşən küçədə Cəlalla qızını görərək ona hücum edib və bıçaqla xəsarət yetirib. Məlum olub ki, həmin vaxt Cəlal ögey qızını hazırlıqdan evə gətirirmiş.

Məhkəmənin hökmü ilə Rövşən Həmidova 2 il 3 ay həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin