“Böyük Seva” evə buraxıldı

Hazırda oxunan: “Böyük Seva” evə buraxıldı

596790

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Respublika Neyrocərrahiyyə Xəstəxanası yayıb.

“1970-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, fevralın 17-də ambulator müalicə üçün evə buraxılıb. 55 yaşlı şəxs fevralın 2-də 12:10 radələrində RNX-yə hospitalizasiya olunub. Zəruri instrumental-diaqnostik müayinələrdən sonra fevralın 6-da pasiyent üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra olunub və müalicəsi Baş-beyin neyrocərrahiyyəsi şöbəsində davam etdirilib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin