Bakıda arvadını və qızını sosial şəbəkələrdə təhqir edən həbs olunub.
Bizim.Media xəbər verir ki, zərərçəkən qadın bu barədə polisə şikayət edib. Onun sözlərinə görə, 41 yaşlı əri tiktok sosial şəbəkəsində, həmçinin “Whatsapp” tətbiqində onu və 11 yaşlı qızını ağır küçə söyüşləri ilə təhqir edib.
Bu əməlinə görə, Faiq Dadaşov (ad və soyad şərtidir) saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.
O, ifadəsində bildirib ki, arvadı sosial şəbəkələrdə onun narkoman və ailəsinə qarşı aqressiv olması barədə məlumatlar yayıb. Bu əsasla da sosial şəbəkədə yardım toplamağa cəhd edib. Faiqin sözlərinə görə, arvadı həmçinin onun icazəsi olmadan evlərə təmizlik işlərinə gedib.
Zərərçəkən qadın isə deyib ki, Faiq əvvəllər müxtəlif cinayətlərə görə həbs olunub. Həbsdən çıxandan sonra səbəbsiz yerə ailəsinə qarşı aqressiv olub, onları fiziki zorakılığa məruz qoyub və təhqir edib.
Məhkəmənin qərarı ilə F. Dadaşov 15 gün müddətinə həbs edilib. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:30 / 17.02.2026
Tiktokda yardım toplayan arvadını söydü - HƏBS OLUNDU
Hazırda oxunan: Tiktokda yardım toplayan arvadını söydü - HƏBS OLUNDU
Hazırda oxunan: Tiktokda yardım toplayan arvadını söydü - HƏBS OLUNDU
596788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































