Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb

Hazırda oxunan: Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb

596786

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ilə bu Novruz xonçası müxtəlif uduşlarla zəngin olacaq. Bayrama özəl yepyeni Poz-Qazan oyunu “Uduş xonçası”nda toplam 4 milyon manatdan çox uduş var.

Qiyməti 3 manat olan lotereya biletlərinin ümumi sayı 2 000 000 ədəddir. Onlardan 669 133 ədədi uduşludur. Cəmi uduş məbləği isə 4 020 000 manatdır.

“Uduş xonçası”nda ən böyük uduş məbləği 25 000 manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı 3 ədəddir. 10 biletdə isə 1 000 manat qazanmaq şansı var.  

Qaydalara gəlincə, “UDUŞLU SİMVOLLAR”dan hər hansı biri ətrafındakı xanalardan istənilən simvolla uyğun olarsa, müvafiq uduş qazanılmış sayılır. “BONUS” oyununda isə xanaların birində “Səməni” simvolu tapılarsa, altındakı məbləğ qazanılır.

Biletlər Novruza özəl limitli sayda olduğu üçün elə indi şansınızı yoxlayaraq, bayram sevincini paylaşa bilərsiniz.

Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. Çoxlarının sevimlisi olan digər “Poz-Qazan” oyunlarında da 5 000-dən 500 000 manatadək böyük uduşlar qazana bilərsiniz.

Biletləri “Azərlotereya”  satış nöqtələri, “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin