Vardanyan və Epşteyn işində GİZLİ BƏNZƏRLİK – Zülfüqarov Rusiya kəşfiyyatının informasiya hücumu alətlərini İFŞA ETDİ

Hazırda oxunan: Vardanyan və Epşteyn işində GİZLİ BƏNZƏRLİK – Zülfüqarov Rusiya kəşfiyyatının informasiya hücumu alətlərini İFŞA ETDİ

596779

“Bu gün hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları qəsdən Rusiya kəşfiyyat xidmətlərinin Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər. Onların “Qərbi Avropa mövqeyi” yalnız həqiqəti ört-basdır etmək məqsədi daşıyır.”

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.

Sabiq nazir Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il qəti azadlıqdan məhrumetmə cəzası verilən Ruben Vardanyanla bağlı da fikirlərini bölüşüb. O qeyd edib ki, Ruben Vardanyan haqqında çəkilmiş film Rusiya elitası üçün ciddi siqnal xarakteri daşıyır:

“İnanıram ki, hökmdən sonra artıq himayədarlarına etibar edə bilməyəcəyinə əmin olan Vardanyan daha çox sənədli şəkildə, rəqəmlər və tarixlərlə danışacaq. Üstəlik, bu "səmimilik" çox güman ki, Rusiyada siyasi dəyişikliyə hazırlaşanlar üçün əsas təbliğat alətinə çevriləcək”.

Tofiq Zülfüqarov Vardanyanın təqdim edəcəyi sənədlərin “Epşteyn” işinə bənzər olacağını vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub. Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin