Şahin Şıxlınskiyə 23 il cəza istənildi

Hazırda oxunan: Şahin Şıxlınskiyə 23 il cəza istənildi

596773

Yekaterinburqda Ural bölgəsində Azərbaycan diasporunun sabiq lideri Şahin Şıxlinskiyə qarşı ağır cəza tələb olunub. Dövlət ittihamçısı onu iki cinayətdə təqsirli bilərək 23 il müddətinə azadlıqdan məhrum etməyi xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə ura.news saytı yazıb.

Məlumata görə, cinayət işinə Sverdlovsk vilayət məhkəməsində baxılır və proses yekun mərhələyə yaxınlaşır.

Şıxlinski ilə birlikdə Səfərov qardaşları və Şücayəddin Rəcəbov da mühakimə olunur. Prokuror Akifə 23 il, Ayaza 22 il, Kamala 18 il həbs cəzası istəyib. Bakır və Məzahirə 13 il, Rəcəbova isə 15 il azadlıqdan məhrumetmə cəzası tələb olunub.

Ötən həftə andlılar kollegiyası təqsirləndirilən şəxslər barədə ittiham hökmü çıxarıb və onların güzəştə layiq olmadığını bildirib. Yaxın vaxtlarda hakim hökmün elan olunması üçün müşavirə otağına çəkiləcək.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 2001-ci ildə sahibkar Yunis Paşayevin qətlinin təşkilində və 2010-cu ildə biznesmen Fehruz Şirinova qarşı sui-qəsddə iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin