Qusarda avtoxuliqanlıq edən sürücü həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən KIA markalı 90-NA-887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 34 yaşlı Təmkin Rəsulov saxlanılıb.
Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsində sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Rəsulovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:09 / 17.02.2026
Qusarda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU
Hazırda oxunan: Qusarda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU
Hazırda oxunan: Qusarda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU
596767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































