“Meymunçiçəyi” QAPIDA – Azərbaycanda bu virusa YOLUXAN var? -RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Meymunçiçəyi” QAPIDA – Azərbaycanda bu virusa YOLUXAN var? -RƏSMİ AÇIQLAMA

596764

Rusiyada meymunçiçəyi virusunun aktivləşməsi insanların narahatlığına səbəb olub. Belə ki, Sankt-Peterburqda iki meymunçiçəyi xəstəliyi aşkar edilib. Xəstəlik Taylanddan tətildən qayıdan kişilərdə ortaya çıxıb. Fevral ayının əvvəlindən bəri isə Rusiyada artıq beş nəfər bu xəstəliyə yoluxub. Bütün xəstələr də bir-birinə təmas yolu ilə yoluxublar. Xəstələrin vəziyyəti qənaətbəxşdir və həyati təhlükələri yoxdur.

Qeyd edək ki, virusun bir neçə ştammı var - Clade I və Clade II. Hazırda insanlar arasında daha asan ötürülən birinci ştammdır.

Mütəxəssislər açıq təbiətdə vəhşi heyvanlara təmasdan çəkinməyi, əl gigiyenasına riayət etməyi, məişət əşyalarını paylaşmaqdan çəkinməyi tövsiyə edir.

Rusiyanın qonşu ölkə olduğunu nəzərə alsaq, virusun Azərbaycana keçmə ehtimalı varmı?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, 2026-cı il ərzində ölkə ərazisində meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.

Meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Şübhəli halların vaxtında aşkarlanması üçün ölkəmizdə müvafiq laborator diaqnostika imkanları və klinik protokollar mövcuddur.

Eyni zamanda tibb işçiləri üçün məlumatlandırma tədbirləri aparılır, əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqla bağlı diqqətli olmaq tövsiyə olunur.

Ümumilikdə, hazırda Azərbaycan üçün meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin