Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinə əvvəllər rəhbərlik etmiş şəxs yeni vəzifəyə gətirilib.
Bizim.Media xəbər verir ki, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin (PHŞ) nəzdində "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Yeni yaradılan MMC-nin rəisi vəzifəsini müvəqqəti icra etmək Elçin Məmməd oğlu Hüseynəliyevə həvalə olunub.
Sözügedən təyinatla bağlı "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Nihad Qurbanov tərəfindən müvafiq əmr imzalanıb.
Xatırladaq ki, E.Hüseynəliyev 2005-ci ildən 2016-cı ilə qədər Babək Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. Bundan əlavə, o, uzun müddət Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində İdarə Heyəti sədrinin köməkçisi qismində çalışıb. (Qaynarinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:45 / 17.02.2026
Sabiq icra başçısına YENİ VƏZİFƏ verildi
Hazırda oxunan: Sabiq icra başçısına YENİ VƏZİFƏ verildi
Hazırda oxunan: Sabiq icra başçısına YENİ VƏZİFƏ verildi
596752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































